WOW
WOW

“Gic-gic fikirləri qızların beyninə az soxun”

“Gic-gic fikirləri qızların beyninə az soxun”

“Hər gün minlərlə qadın şiddətə məruz qalır. Bir çoxları qətlə yetirilir. Övladlarınızın beyninə “ərə get, uşaq dünyaya gətir” cümləsini yeritməkdənsə, bir az da öz ayaqları üstündə dayana bilməyi, əks cinsin hər cür rəftarına göz yumulmamağı öyrədin”.

OLAY yazır ki, bu sözləri müğənni Səmra Rəhimli instaqram hesabında yazıb.  O, bir neçə gündür gündəmdən düşməyən Leyla Hüseynli və 8 aylıq qızı Aliyənin qətlə yetirilməsini qınayıb və valideynlərə müraciət edib:

“İlk şiddət siqnalında həyatlarını xilas edə bilsinlər. “Ərə getdin, sındır ayağını otur ərinlə, döz, göz yum hər murdarlıqlarına, əl qaldırır və döyürsə, deməli, sevir” kimi gic-gic fikirləri az soxun qızların beyninə. Çox təəssüf edirəm, bir gənc qızın və körpənin həyatının bu cür faciə ilə bitməyinə. Allah rəhmət eləsin! Əziz valideynlər, qızlarınız nə qədər çox sevsə də, gənc yaşda ailə qurmaq istəsə də icazə verməyin”.