WOW
WOW

Aygün Kazımova və Səmra oxşar libasda

Aygün Kazımova və Səmra oxşar libasda

Xalq artisti Aygün Kazımovanın ötən gün tədbirlərin birinə geyindiyi libas müzakirələrə səbəb olub.

OLAY yazır ki, sənətçinin rəngarəng kombinezonu sosial medianı ikiyə bölüb. Onun geyimini bəyənənlərlə yanaşı, bəyənməyənlər də olub.

Diqqətçəkən digər məqam isə kombinezonun bənzərini 2 il öncə müğənni Səmra Rəhimlinin geyinməsidir. O zamanlar yerli media Rəhimlinin bu libasının oxşarından dünyaca məşhur biznes ledi Kayli Cennerin də geyindiyini yazmışdı.

Aygün Kazımova ilə Səmra “look”larını korsetlə tamamlasa da, Kayli kombinezonuna heç bir əlavələr etməyib.