TV proqram
TV proqram

Şou əhlindən Könül Kərimovaya etiraz!

Şou əhlindən Könül Kərimovaya etiraz!

Əməkdar artist Könül Kərimovanın bir müddət öncə səsləndirdiyi “Gəlin mənim süpürgəmdir, harada desəm, orada oturacaq” fikirləri heç də birmənalı qarşılanmayıb.

OLAY yazır ki, “MTV maqazin” sözügedən mövzu ilə bağlı şou əhli ilə sorğu edib.

Müğənni Manaf Ağayev bildirib ki, gəlin nəinki evin süpürgəsidir, əksinə onun başına and içilir. Süpürgə söhbəti keçmişdə qalan sözdür. 

Müğənni Xatun Əliyeva isə bu fikrə, ümumiyyətlə, etiraz edib. Sənətçi deyib ki, yaxşı qayınana böyüklük edər və gəlinin bilmədiyini ona öyrədər. 

Şəbnəm Tovuzlu da Kərimovanın fikrinə qatılmayanlardan olub.

Aysel Əlizadə isə bildirib ki, bu məsələ bir qədər individualdır. Gəlinin də, qayınananın da yaxşısı da var, pisi də. Əsas ortaq məxrəcə gəlməkdir. 

Tarzən Humay Qədimova isə K. Kərimovanın fikirlərinə dəstək çıxıb.

Əməkdar artist Dilarə Əliyeva da ifaçının müdafiəsinə qalxıb.

Müğənni Nura Suri isə ailədə hər şeyin balanslı olmasının vacibliyini vurğulayıb.