Video
Video

Azərbaycanlı influenser İtaliyadakı zəlzələdə çətinlik yaşadı

Azərbaycanlı influenser İtaliyadakı zəlzələdə çətinlik yaşadı

İtaliyada baş verən zəlzələdə azərbaycanlı influenser Nəcəf Əliyev çətin vəziyyətdə qalıb.

OLAY yazır ki, Sienada olan həmyerlimiz instaqramda 4 bal gücündə zəlzələ olduğunu bildirib. O, daha sonra hər kəsin küçələrə axışdığını söyləyib. Bunun ardınca yenidən paylaşım edən Nəcəf deyib ki, yuxudan təkrar zəlzələyə görə oyanıb.

Sonda isə influenser şəhəri tərk edib, Romaya getdiklərini vurğulayıb.