Əslən Azərbaycandan olan tanınmış həkim Elnarə Troitskaya (Rəhimova) məşhur aparıcı Kseniya Sobçakdan 50 milyon rubl (1 157 602 manat) təzminat istəyir.
OLAY yazır ki, o, bir müddət əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda məşhur aparıcı tərəfindən təxribat xarakterli suallara məruz qaldığını iddia edib.
Bildirib ki, aparıcı ona sətraltı olaraq verilən “Bura hansı yollarla gəlmisən”- sualından incidiyini açıqlayıb.
Vəkil Sobçakdan ictimaiyyət arasında üzrə istəməsini də tələb edib.
İclas dekabrın 22-də Moskvanın Kuntsevski məhkəməsində keçiriləcək.