WOW
WOW

“Mənə gülənin özü ağılsızdır” – “Bıy” qalmaqalı

“Mənə gülənin özü ağılsızdır” – “Bıy” qalmaqalı

Bir neçə gündür sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun ingilis dilində etdiyi səhv müzakirə olunur. Belə ki, ifaçının meyxanaçı Aqşin Fatehin restoranında çıxış edərkən “By” sözünü “Bıy” kimi tələffüs etməsi gülüş obyektinə çevrilib.

Mövzu ilə bağlı OLAY-a açıqlama verən Ş. Tovuzlu əslində məsələnin paylaşıldığı kimi olmadığını söyləyib:

“Bəzi xəbər səhifələri reytinq xatirinə hadisəni insanlara başqa cür çatdırırlar. Guya məni gözdən salırlar. Lakin bacarmırlar, mən elə həmin Şəbnəm Tovuzluyam. Bildirmək istəyirəm ki, “By” sözünü bilərək “Bay” yox, “Bıy” kimi tələffüs etdim. Çünki baməzəliyi sevirəm və orada da zarafat edirdim. Gülərək söylədim ki, bıy Fateh, sən də biznesə keçdin? Bir də ki, həmin videoda böyük nöqsan olsa, özüm paylaşardım? Görün, bunlar necə insanlardır...

Mənim gördüyüm işlər, etdiyim yardımlar bir kənarda qalıb, onlardan yazmırlar. Amma bu olayı belə qabardırlar. Tək kəliməm bunlara reytinq verirsə, mənə əhsən!  “By” sözünü, “Bıy” kimi demişəm. Əcəb etmişəm! Özü də o şəxslər məni görəndə tərif edirlər, arxada isə 5 manat üçün bu cür videolar paylaşırlar. Artıq onların əlindən cana doymuşam. Bəsdirin! Həmin videonu ələ salanlar isə özləri ağılsızdırlar. Mən çox ağıllı qadınam. Belə olmasa, 10 ildir gündəmdə qala bilməzdim”.

Şəbnəm həmçinin bir neçə il öncə “Hüseynova bacıları” verilişində dediyi “Amerika Avropanın paytaxtıdır” açıqlamasından da söz açıb:

 “Proqramda həmin söhbəti o mövzuya gətirdilər. Fərqli şəkildə təqdim etdilər. Düzdür, mən Amerikada  olmamışam. Amma ölkələri, şəhərləri bir-birindən fərqləndirə bilirəm. Təkrar edirəm, verilişdə özləri bu mövzunu belə təqdim etdilər. Necə ki, Rüfət Axundovu Space Tv-də çətin vəziyyətə salmışdılar. Məni də elə etdilər”.