Televiziyanın məşhur cütlüyü Zaur və Günay Baxşəliyevlər möhkəm ailənin sirrini açıb.

OLAY yazır ki, bu haqda onlar “MTV maqazin”ə müsahibəsində deyib.

Zaur bildirib ki, əsas məsələ sirrin olmamasıdır:

“Evlilikdə sirr varsa, o, evlilik, ailə deyil. Əsl istək, hörmət... Zamanla bunları artıran cəhətlər olur. Əvvəl insanların bir-birinə olan sevgisi, sonra övladların dünyaya gəlişi və onların bu ailəni bir-birinə bağlaması. İnsanın bir-birinə sevgisi, hörməti varsa, digər tərəflər ancaq bunu gücləndirmək üçündür”.

“Evlilikdə sirr varsa, o, ailə deyil”

Həyat yoldaşının fikirlərini təsdiqləyən Günay isə “Ailə qurmağa hazırlaşanlar bir-birilərinə vaxt versinlər, yaxşı tanısınlar. Bizim ailə qurmazdan öncə bir-birimizi yetərincə tanımağa vaxtımız oldu”, - deyə, qeyd edib.

Xatırladaq ki, cütlük 10 ildir evlidir. Onlar Davud və Dilavər adlı iki övladı var.

“Evlilikdə sirr varsa, o, ailə deyil”