Xalq artisti Brilliant Dadaşova növbəti dəfə bacısı qızı Səidə Dadaşovadan danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Tarixin bir günü” verilişində açıqlama verib:
“İnsanı istifadə etmək üçün bəzən yönləndirirlər. Mən Səidəyə bu gün də, dünən də, sabah da, nə vaxt gəlsə, qucaq açaram. Bacısına demişəm ki, Səidə gəlsin. Deyib ki, “həyat yoldaşı mənimlə belə danışmağa, münasibət qurmağa icazə vermir”. Çünki orada həyat yoldaşının maraqları var. Bu gün bizə də, bura da, ya da bacım İradəgilə də gəlsə, fərqi yoxdur. Səidə bizim canımız, qanımızdır, başqa söhbət ola bilməz. Öz maraqlarına görə, insanları yönləndirə bilərlər”.