Müğənni İbrahim Borçalı avtomobilinin yandığını açıqlayıb.

OLAY yazır ki, bu haqda sənətçi “7 Canlı” verilişinə qonaq olarkən danışıb.

O, bildirib ki, hadisə Gürcüstandan gələn vaxt baş verib:

“Bundan öncə Gürcüstana gedəndə dostumun oğlu ilə qəza keçirdim, onu heç kim, media bilmədi. Bu dəfə isə gələndə avtomobilin mühərriki hərəkət zamanı alışaraq yandı, zorla qurtardım”, - deyə, Borçalı qeyd edib.