Məşhur türk müğənni Ziynet Sali qatıldığı “Katarsis” proqramında həm musiqi karyerası, həm də şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

OLAY yazır ki, həmkarı Sıla ilə keçmişdə birlikdə həyata keçirdikləri musiqi işləri və dostluqları haqqında danışan Sali aralarında heç bir problemin olmadığını vurğulayıb.

Sali “Sılanı çox sevirəm, bizim çox gözəl könül bağımız var. O albomu hazırlayarkən keçirdiyimiz müddət, musiqi səfərimiz çox güclü bir dövr idi” deyə bildirib.

Salinin açıqlamaları Sıla ilə aralarında küsülülük olduğu barədə iddialara da son qoyub.