“Victoria’s Secret”in yaxın rəfiqələri və modelləri Kendis Sveynpol, Coan Smols və İrina Şeyk arasında yaranan münaqişənin mümkün səbəbi məlum olub.
OLAY yazır ki, bu hadisədə model Jizel Bündxenin 49 yaşlı keçmiş həyat yoldaşı, amerikalı futbolçu Tom Bredi də rol oynaya bilər.
İddialara əsasən, Coan Smols təxminən bir il Bredi ilə münasibətdə olub. Kendis Sveynpolun isə Jizelə hörmət əlaməti olaraq bu münasibətdən narahatlıq keçirdiyi və rəfiqəsinə daha ehtiyatlı olmağı məsləhət gördüyü bildirilir. Lakin Coan futbolçu ilə ayrıldıqdan sonra Kendis özü Bredi ilə eşq yaşamağa başlayıb.
Bu hekayədə İrina Şeykin də adı hallanır. Rusiyalı model dəfələrlə futbolçu ilə birlikdə görüntülənib. Bredi 2022-ci ildə Jizel Bündxendən boşandıqdan sonra onunla İrina Şeyk bir neçə il ərzində dəfələrlə ayrılıb yenidən barışıblar. Cütlük bir neçə dəfə görüşlərdə kameralara tuş gəlib, hətta bir dəfə birlikdə oteldə vaxt keçiriblər.