Aktrisa Sofiya Verqara və müğənni Den Reynolds axşam gəzintisi zamanı birlikdə görüntüləndikdən sonra aralarında eşq münasibəti olduğu barədə şayiələrə səbəb olublar.
OLAY yazır ki, “Modern Family” serialının 54 yaşlı aktrisası və “Imagine Dragons” qrupunun 39 yaşlı solisti Kaliforniyanın Beverli-Hillz şəhərində yerləşən bir restoranda şam yeməyi zamanı əl-ələ tutarkən fotoqrafların obyektivinə tuş gəliblər.
Əldə olunan foto və videolara əsasən, onlar gec saatlara qədər davam edən şam yeməyi boyunca əl-ələ olublar.