Türk müğənni Yusuf Güney polis tərəfindən saxlanılıb.
OLAY yazır ki, İstanbul Baş Prokurorluğu tərəfindən “İstifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə etmək” ittihamları ilə aparılan istintaq çərçivəsində məşhur simaların ifadələri alınıb. Yusuf Güney barəsiində də saxlanılma qərarı verilsə də, ünvanında tapılmamışdı. Bu səbəbdən müğənni ifadəsi alınmaq üçün saxlanılıb.