Sosial şəbəkələrdə rusiyalı reper Yeqor Kridin ehtimal olunan sevgilisinin almaniyalı yarış pilotu Laura-Mari Geysler olduğu iddia edilir.
OLAY yazır ki, sənətçi sosial şəbəkələrdə bu qızı izləyir və onun paylaşımlarını bəyənir.
Ötən həftə Laura İnstaqram hesabında bir foto paylaşıb. İstifadəçilər fotoda hazırda Amerikada hərəkət etdiyi avtomobilin sükanı arxasında oturan şəxsin Yeqor Krid olduğunu müəyyənləşdiriblər.