Türk teatr sənətçisi Necla Uygur üçün Teşvikiye məscidində təşkil edilən dəfn mərasiminə incəsənət dünyasından çoxsaylı tanınmış simalar qatılıb.
OLAY yazır ki, mərasimdə iştirak edən aktrisa İpek Tanrıyar isə seçdiyi geyimə görə sosial şəbəkələrdə tənqidlərin hədəfinə çevrilib.
Dəfn mərasimində sinə dekoltesinə görə tənqid edilən İpek Tanrıyar köynəyinin əslində yaxasına qədər bağlı olduğunu, iki düyməsinin isə fərqində olmadan açıldığını bildirib.
Yaşanan kədər səbəbindən həmin an geyimindəki bu detalı fərq edə bilmədiyini deyən Tanrıyar ətrafındakı insanların da ona bu barədə xəbərdarlıq etmədiyini qeyd edib.