Reper Elşad Xose azadlığa buraxıldıqdan sonra ilk dəfə video paylaşıb.

OLAY yazır ki, küçədə söyüş söydüyü üçün həbs olunan Xose bunları söyləyib:

“Heç vaxt söyüş söyməyin tərəfdarı olmamışam. Adi həyatda müəyyən vaxtlarda söyüş söyən olmuşam. Onun da rejimləri var: intiligent, xuliqan, müəyyən rejimlər. Həmişə söyüşün əleyhinə olmuşam. Burada da söz birləşməsindən istifadə etməyim söyüşdən sui-istifadə deyil. Ünvansız və hayqırtı olaraq fikrimi bildirmişəm”.

Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.

Repçi qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və xəstəlikdən müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı.