“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva Əməkdar artist Dilarə Əliyevanın ad günündə qonaq olub.

OLAY yazır ki, iş xanımı aktrisanı təbrik edib və onun anasına öz ürək sözlərini çatdırıb:

“Dilarə xanım əvəzolunmazdır. Xoşbəxt anasız ki, Dilarə xanım kimi qızınız var. Çox qürur vericidir. Mən də fəxr edirəm ki, belə bacım var”.

D. Əliyeva iş xanımının təbrikinə cavab olaraq “Mən də sizinlə fəxr edirəm, çox sağ olun, yaşıl gözlüm, böyük ürəklim”, - deyə, bildirib.