Məşhur türk aktrisa Aslı Bekiroğlu xəstəxanadan buraxıldıqdan qısa müddət sonra yenidən xəstəxanalıq olub.

OLAY yazır ki, son iki ildə ard-arda səhhət problemləri yaşayan və ümumilikdə yeddi əməliyyat keçirən aktrisa yaxın günlərdə xəstəxanadan evə buraxılıb. Lakin gəzinti zamanı yıxıldıqdan sonra yenidən tibbi yardıma ehtiyac duyub. Müayinələr zamanı ayağındakı bəzi əzələlərdə yırtıq aşkar edilib.

Xatırladaq ki, Bekiroğlu daha əvvəl uşaqlıq yolundakı miomanın götürülməsi əməliyyatı zamanı ciddi tibbi fəsadlarla üzləşib və bunun nəticəsində bir neçə əlavə əməliyyat keçirib.

Xəstəxanadan çıxan kimi yenidən xəstəxanalıq oldu