ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden atasının xərçənglə mübarizəsi ilə bağlı məlumat verib.
OLAY yazır ki, 56 yaşlı Hanter Bayden “BBC”yə müsahibəsində atasının xərçənginin yayıldığını bildirib. O, xəstəliklə mübarizəni “çox yorucu” və “ağrılı” adlandırıb.
Xatırladaq ki, 83 yaşlı keçmiş ABŞ prezidentinə 2025-ci ilin may ayında prostat vəzinin “aqressiv forması” olan xərçəng diaqnozu qoyulub.