Müğənni Yaşar Yusub səhnə ilə bağlı iddialı açıqlama verib.

OLAY yazır ki, sənətçi  “Tarixin bir günü” verilişində xanım müğənnilərin verilişlərə açıq-saçıq geyimdə gəlməsini tənqid edib. O bildirib ki, səhnənin özünə uyğun geyimi olmalıdır və açıq-saçıqlıq, hətta bəzən lüt görünüş veriliş üçün uyğun deyil:

“Səhnənin səhnə geyimi olar. Var açıq-saçıqlıq, var lüt şəkildə gəlmək. Səhnənin səhnə geyimi olar. Var açıq-saçıqlıq, var lüt şəkildə gəlmək. Bir də əsas məsələ harada, necə, nə cür geyinməkdir. Səhər verilişi, axşam verilişi fərq etməz. Düşünürəəm ki, lüt şəkildə verilişə gəlib oturmaq olmaz. Var rəqqasələr, onları başa düşmək olar. Oriental rəqqasənin öz geyimi olmalıdır. O qapalı geyimdə rəqs edə bilmə. Amma müğənnilər buna diqqət etməlidirz”.