Dünyaca məşhur müğənni Şakira 2022-ci ildə Cerard Pike ilə 11 illik münasibətinin bitməsi haqqında danışıb.
OLAY yazır ki, 49 yaşlı müğənni “Mən çox ağrı-acı yaşadım, amma bu, məni, bəlkə də, daha müdrik bir insan etdi. Heç olmasa daha güclü. Deyirlər ki, səni öldürməyən şey səni gücləndirir və bu doğrudur” deyə bildirib.
Ayrılığın üzərindən illər keçsə də, Şakira ailəsi və birlikdə qurduqları həyat səbəbilə Pikeyə hələ də minnətdar olduğunu deyib: “Övladlarımın atasına qarşı qəlbimdə hər zaman bir minnətdarlıq hissi daşıyacağam.”
Xatırladaq ki, kolumbiyalı müğənni Şakira ilə keçmiş İspaniya milli futbolçusu Pike 2010–2022-ci illərdə birlikdə olublar. Ayrılıq isə Pikenin xəyanəti səbəbindən olub. Onların bu münasibətdən Milan və Saşa adlı iki övladı var.