Ukraynalı müğənni MELOVIN aldığı təkliflə gündəmdədir.
OLAY yazır ki, həmcinsindən evlilik təklifi alması sənətçini sosial medianın dilinə salıb.
Onun sevdiyi insan — hərbçi Pyotr ona Kiyevdə, Azadlıq Meydanında (Maidan Nezalezhnosti) evlilik təklifi edib.
Bu barədə MELOVIN özünün instaqram səhifəsində məlumat verib. Sevgilisi ənənəyə uyğun olaraq diz üstə çöküb, əlində nişan üzüyü və böyük bir qırmızı gül dəstəsi ilə müğənniyə təklif edib. Pyotr ifaçının barmağına nişan üzüyünü taxıb.
Musiqiçinin bu addımı sosial mediada birmənalı qarşılanmayıb.