Məşhur müğənni Barış Manço ilə eyni səhnəni paylaşan musiqiçi Hüseyin Cebeci Bodrumdakı evində ölü tapılıb.

OLAY yazır ki, yaxınları bir müddətdir ondan xəbər ala bilməyib və vəziyyətindən narahat olaraq evinə gedib. Evə daxil olan yaxınları Cebecini yerdə ov tüfəngi ilə vurulmuş halda hərəkətsiz tapıblar.

Hadisənin intihar, yoxsa başqa səbəbdən baş verdiyi aparılacaq istintaq və kriminal araşdırmalardan sonra dəqiqləşəcək.

Türk məşhur evində ölü tapıldı!