Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik etdirib. 


OLAY yazır ki, pop ulduz saçlarını uzadıb və rəngini dəyişdirib. O, yeni halını şəxsi “İnstagram” hesabında paylaşaraq “Xınalı qız” şərhini qeyd edib.

Şou-biznesin əfsanəsinin yeni saçlarını məşhur stilist Fərid Bağırov edib.

Ağayevanın yenı görünüşü maraqla qarşılanıb.