Tuba Büyüküstünün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Joy Awards” mərasimində ondan müsahibə alan aparıcı ilə dialoqu gündəm olub.
OLAY yazır ki, aparıcı aktrisadan: “Mənə ərəbcə öyrədərsən?” – deyə soruşub.
Büyüküstün isə bu suala belə cavab verib: “Ərəbcə əvəzinə sənə türkcə öyrətsəm, necə olar?”
Büyüküstün aparıcıya “səmimiyyət” sözünü tələffüz etdirib.