Türk istehsalı “Sultana” filmində “Meral” obrazını canlandıran Tuba Büyüküstünün illərdir özünə rəqib kimi göstərilən aktrisa Beren Saatın mahnısını paylaşdığı postu bəyəndiyi ortaya çıxıb.
Aktyorun bu davranışı müsbət qarşılanarkən, Büyüküstün mövzu ilə bağlı bunları deyib:
“Bəli, onun paylaşımını bəyəndim. Qadınlar bir-birinə rəqib kimi göstərilir, bizi də belə təqdim edirlər. Beren də, mən də bu barədə heç vaxt danışmamışıq. Çünki heç vaxt belə bir şey olmayıb... Bu, sadəcə maqazin xəbərlərinin daha çox izlənməsi və oxunması üçün yaradılmış bir hekayə idi. Belə təqdim edildi. Əslində isə belə bir şey yoxdur.”