Bruklin Bekhem və həyat yoldaşı Nikola Pelts evlilik ildönümü kimi qəbul etdikləri tarixi dəyişmək qərarına gəliblər.
OLAY yazır ki, dörd ildir evli olan cütlük artıq 2022-ci ilin aprelində baş tutan dəbdəbəli toylarının tarixini deyil, nikah andlarını yenilədikləri mərasimin tarixini qeyd edirlər.
Məlumata görə, Bruklin və Nikola ailə bayramı üçün avqustun 2-ni seçiblər. Bu dəyişikliliyin daha bir səbəbi isə o tarixdə keçirilən toyda Devid və Viktoriya Bekhemlərin iştirak etməsidir.