Əməkdar artist Təyyar Bayramov müğənni Kərim Abasovun qalmaqallı paylşımlarına münasibət bildirib.
OLAY yazır ki, bu barədə sənətçi “Rəngarəng”də danışıb. T. Bayramov deyib ki, Kərimlə bu haqda danışıb məsələni həll ediblər:
“Həyatda hər kəsin bir mövqeyi var. Bizim də mövqeyimiz sənətlə gündəmə gəlməkdir. İnsan robot deyil, haradasa ifa alına və ya alınmaya bilər. Kərimlə münasibətim pis olmayıb. Onunla da görüşdük. Fikrini aydınlaşdırıb. Həyatdır da, kimsə nəyəsə görə nəsə paylaşır. Bu söhbəti bağlayın. Kim nəyi hansı fikirlə deyib hamısı həllini tapıb”.
Qeyd edək ki, Kərim Xalq artisti Samir Cəfərovla Əməkdar artist T. Bayramovun ifasını tənqid etmişdi.