“Fenerbahçe” fotbol klubunun prezidenti Sadettin Saran narkotik testinin pozitif çıxması ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o instaqramda hekayə bölməsində paylaşım edərək bu sözləri yazıb:

“Test nəticələrimdə aşkarlanan maddəni həyatım boyu istifadə etməmişəm. Nəinki istifadə etmək, görməmişəm belə. Bütün bunlar qaralama kampaniyasıdır və təmsil etdiyim quruma zərər vermək məqsədi daşıyır. Yenidən test verməyə hazıram və bunun üçün Prokurorluğa rəsmi olaraq müraciət edəcəyəm. Haqqında gizlilik qərarı olan cinayət işi məlumatlarının belə sürətli şəkildə necə yayıldığı da başqa bir mövzudur. Gerçəyin gec ya da tez ortaya çıxacağına və bu prosesin şəfaflıqla nəticələnəcəyinə inanıram”.

“Testimdə pozitif çıxan maddəni həyatım boyu görməmişəm” - Sadettin Saran