“Tesla”nın yeni “Roadster” modeli uçan avtomobil texnologiyası ilə gündəmə gəlib.
OLAY yazır ki, futuristik dizaynı ilə diqqət çəkən model avtomobil sənayesində yenilik kimi təqdim olunur.
Şirkətin paylaşdığı məlumatlara görə, “Roadster” qabaqcıl texnologiyalarla təchiz edilib və avtomobilin imkanları ənənəvi nəqliyyat vasitələrinin sərhədlərini aşmağı hədəfləyir. Modelin təqdimatı sosial şəbəkələrdə də maraq doğurub.