Müğənni Rəqsanə İsmayılova prodüser Təranə Səmədovanın yaxında azadlığa çıxacağını açıqlayıb.
OLAY yazır ki, o “Tarixin bir günü” verilişində qonaq olarkən bu barədə danışıb:
“Suel 3 ildir ki, mənim yanımda idi, yenə yanımdadır. Təranənin çıxması üçün Abbasdan onunla bağlı şikayəti geri götürmə sənədini aldım. Yaya qədər, bəlkə də daha tez çıxmalıdır. Çıxsın, əlimizdən gəldiyi qədər yanında olacağıq”.
Rəqsanə İsmayılovanın şikayətini geri alması üçün Abbas Səfərova 2500 manat ödədiyi qeyd olunub.
Xatırladaq ki, Təranə Səmədova qızı Suelin atası Abbas Səfərovun şəkillərini yaymaqla hədələyib pul almasına görə 6 il azadlıqdan məhrum edilib. Rəqsanə İsmayılovanın şikayətini geri alması üçün Abbas Səfərova 2500 manat ödədiyi qeyd olunub.