Aktyor Uill Smit və həyat yoldaşı Ceyda Pinkett Smitin Los-Ancelesdə yerləşən malikanəsində yanğın baş verib.

OLAY yazır ki, “TMZ” Los-Anceles dairəsinin şerif əməkdaşlarına gecə yarısından az sonra, dəyəri 42 milyon dollar olan evdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlum olub ki, yanğının mənbəyi həyətdə yerləşən anbar olub. Xoşbəxtlikdən, yanğınsöndürənlər alovu söndürməyə nail olublar.

42 milyonluq malikanələrində yanğın baş verdi 42 milyonluq malikanələrində yanğın baş verdi