Prodüser Təranə Səmədovanın vəkili Nurlana Quliyeva onun cəzasının azaldılması barədə danışıb.
OLAY yazır ki, o, bu barədə “Təsir dairəsi” verilişinə açıqlamalar verib. Vəkil bildirib ki, Təranə azadlığa çıxa bilər:
“Təranə Səmədova 6 il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilib, Ali Məhkəmənin qərarına əsasən şikayətimiz qismən təmin edilib. Cəzası 5 ilə endirildi. Təranə Səmədova 7 fevral 2023-cü ildən həbsdədir. Onun həbs müddətini həmin müddətdən hesablandıqda Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq cəzasını cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə hüququ yaradır. Qısa müddət sonra təkrar müraciət edərək qanunvericiliyin tələbi üzrə şəxsin yerdə qalan cəzasını şərti ilə əvəzlənməsini istəyəcəyik. Məhkəmədə barışıq əldə olunmasına qiymət veriləcək və Təranə Səmədova azadlığına qovuşacaq”.