Əməkdar artist Coşqun Rəhimov “Mister Bin”lə bağlı onu tənqid edənlərə cavab verib.
OLAY yazır ki, o instaqramda hekayə bölməsində “Mister Bin” oyuncağı ilə yumoristik video paylaşıb. İzləyicilər aktyorun bu paylaşımı tənqidlərə cavab olaraq etdiyini düşünüb.
Xatırladaq ki, bir neçə gün əvvəl Coşqun Rəhimov Ruven Atkinsonla bağlı mübahisəli açıqlama verərək onun aktyor olmadığını,sadə və bəsit gülüş yaratdığını və bunun aktyorluq məharəti olmadığını söyləmişdi.