Məşhur stəndapçı Hasan Can Kaya üzr istəyib.

OLAY yazır ki, buna səbəb onun iki il əvvəl “Konuşanlar” verilişində iştirakşılardan birini İsa peyğəmbərə bənzətməsi və zarafatlaşması olub. Həmin zarafat sosial şəbəkələrdə yayılıb və izləyicilərin narazılığına səbəb olub. Prezidentin Baş müşaviri Oktay Saral da mövzuya fikir bildirərək Hasan Canı tənqid edib və bunun dini dəyərlərə hörmətsizlik kimi qəbul oluna biləcəyini qeyd edib. Tənqidlərdən sonra Hasan Can sosial şəbəkə hesablarında paylaşım edərk üzr istəyib və mövzunun onu məyus etdiyini qeyd edib. Bu cür anlaşılmamazlıqların olmaması üçün daha diqqətli olacağını bildirib.

Tənqidlərdən sonra üzr istədi