Xalq artisti Pərviz Məmmədrzayev Mədəniyyət Nazirliyi ilə bağlı müzakirələrə qoşulub.
OLAY yazır ki, sənətçi aktyor Sənan Əlləzin statusuna şərh yazaraq bunları bildirib:
“Çox ağrılıdır. Amma görünən odur ki, Azərbaycan aktyorlarını o şərəfə layiq görmürlər. Mən bunu Özbəkistandakı 2 ölkənin qardaşlığı tədbirində də gördüm. Aktyorları səhnəyə çıxmağa qoymadılar. Yalnız müğənnilər səhnəyə çıxdılar. Halbuki tədbirin tam yarısı, bəlkə də yarısından çoxu aktyorlarımızın üstündə idi. Mən orada, səhnə arxasında, səsimi qaldırdım. Sağ olsunlar aktyor dostlarımız məni dəstəklədilər. Amma nə olsun? Sonra xəbər yolladılar ki, anlaşılmazlıq olub. Üzr istəyirik. Amma daldan atılan daş topuğa dəyər”.