Yetkinlik yaşına çatmayan şəxslərə qarşı cinsi zorakılıqda ittiham olunan 54 yaşlı Cared Leto yeni filmdəki baş rolunu itirib.

OLAY yazır ki, söhbət rejissor Berri Levinsonun siyasi trilleri olan “Qətl” filmindən gedir.

Çəkiliş qrupuna yaxın mənbələrin məlumatına görə, “Oskar” mükafatı laureatı və məşhur “30 Seconds to Mars” rok qrupunun solisti Cared Leto ABŞ-nin 35-ci prezidenti Con F. Kennedinin qətli haqqında çəkiləcək yeni filmdə baş rola demək olar ki, təsdiqlənmişdi. Aktyor danışıqların son mərhələsində idi, lakin bir neçə gün əvvəl başlayan növbəti cinsi qalmaqala görə prodüserlər ona bu rolu verməkdən imtina ediblər.