Türk aktrisa Gizem Güven uzun müddətdir ekranlardan uzaq həyat yaşayan, “Selena” serialında “Selin” obrazı ilə tanınan Cansu Demirci haqqında danışıb.
OLAY yazır ki, Güven qeyd edib ki, Demirci illərdir aktrisalıq etmir və sosial mediadan istifadə etmir. O, zaman keçdikcə yollarının təbii şəkildə ayrıldığını da bildirib.
Keçmişdə maqazin mətbuatında yayılan “Toya dəvət edilmədi” iddialarının həqiqəti əks etdirmədiyini deyən Güven “Maqazin səhifələri bunu “Gizem toya dəvət olunmadığı üçün qalmaqal yaratdı” kimi təqdim etdilər. Halbuki Cansunun bunlardan heç xəbəri belə yox idi. Məni çağırmasa da incimərəm, üstəlik məni niyə çağırsın ki?” deyə bildirib.