Rusiyada “Tarzan” kimi tanınan müğənni Sergey Qluşko xarici görünüşünə görə izləyicilərinin tənqidi ilə üzləşib.
OLAY yazır ki, sosial şəbəkə istifadəçiləri 56 yaşlı sənətçinin yeni obrazına diqqət çəkərək onun nəzərəçarpacaq dərəcədə dəyişdiyini bildiriblər.
Qluşko uzun, buruq saçları və xalatla göründüyü bir video yayımlayıb. Müzakirələrin əsas səbəbi məhz onun saç düzümü olub. Əvvəllər enli çiyinləri, inkişaf etmiş əzələləri və uzun saçları sənətçinin əsas fərqləndirici xüsusiyyətləri hesab olunurdusa, indi bəzi pərəstişkarları onun görünüşündə qadınsayağı cizgilər gördüklərini bildiriblər.