Əməkdar artist Tahir İmanovun adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə sənətçi özü video-müraciət yayıb. T. İmanov bildirib ki, bir qadın TikTok-da onun adından pul yığıb:
“İndicə xəbər aldım ki, bir qadın TikTok-da xəstə üçün mənim adımdan pul yığır. Bu, yalandır, dələduzluqdur. Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayasız. Bu videonu maksimum “repost” edin ki, hamının xəbəri olsun. Hüquq mühafizə orqanlarına müraciət edirəm ki, məsələ həllini tapsın. Doğrudan da kiməsə müraciət etsəm, “Planet Parni iz Baku"nun səhifəsindən edərəm. Digər səhifələrdə nəsə görsəz, bilin ki, ya dələduzluqdur, ya süni intellektdir”.