Əfsanəvi aktyor Silvestr Stallone uzun illər ərzində əsas rəqibi olmuş aktyor Arnold Şvartseneggerlə münasibətlərini tamamilə düzəltdiklərini açıqlayıb və onu yaxın dostu adlandırıb.

OLAY yazır ki, 80 yaşlı aktyor keçmiş düşmənçiliyin çoxdan geridə qaldığını, döyüş filmlərinin ulduzlarının isə illər keçdikcə daha mülayim olduqlarını etiraf edib.

Stallone onların əvvəlki gərgin münasibətlərini özünün “Tulsa kralı” serialındakı personajların münasibətləri ilə müqayisə edib. Serialda qəhrəmanlar qarşılıqlı etimadsızlığa baxmayaraq əməkdaşlıq etməyə məcbur qalırlar.

“Şvartseneggerlə indi yaxşı dostuq. İllər keçdikcə daha mülayim olmuşuq. Amma real həyatda sizin kimi iki rəqib olduqda, bu, bəzən hər birinizi daim daha yüksək səviyyəyə çatmağa məcbur edir” deyə Stallone səmimi şəkildə bildirib.

Şvartseneggerlə barışdıqlarını elan etdi