“Stranger Things” serialının əsas rollarından birini canlandıran Milli Bobbi Braun, eyni serialda rol alan Devid Harbor barədə ciddi şikayət irəli sürüb.

OLAY yazır ki, Britaniya mediasının məlumatına görə, Braun serialın beşinci və son mövsümünün çəkilişləri başlamazdan əvvəl həmkarını emosional təzyiq və uyğunsuz peşəkar davranış səbəbindən rəsmi şəkildə şikayət edib.

Braunun şikayəti cinsi xarakterli ittihamlar daşımır, lakin aktrisa bildirib ki, setdə yaşanan psixoloji və narahatlıq yaradan davranışlar ona mənfi təsir edib.

Mənbələrin sözlərinə görə, Braun şikayətində Devid Harborun bəzən həddindən artıq təzyiq göstərdiyini və aqressiv davrandığını qeyd edib.

Bu iddialardan sonra prodakşn daxilində bir neçə ay davam edən daxili araşdırma aparılıb. Həmin araşdırma nəticəsində Braunun çəkilişlər zamanı yanında şəxsi nümayəndəsinin olması qərara alınıb.

Bu hadisə “Stranger Things” setində əvvəllər də müzakirə olunan “gərgin və təzyiq dolu atmosfer” iddialarını yenidən gündəmə gətirib.
İstehsal komandasına yaxın mənbələr bildirirlər ki, son mövsümün çəkilişləri xeyli stressli keçib və Braun bu müddətdə “özünü qoruma instinkti ilə” davranıb.

Nə Netflix, nə Milli Bobbi Braun, nə də Devid Harbor indiyədək məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Lakin bu hadisə həm serialın son mövsümünə marağı artırıb, həm də Hollivudda çəkiliş meydanlarında davranış qaydaları və güc balansı mövzusunda müzakirələri yenidən alovlandırıb.

“Stranger Things”də qalmaqal - Onu polisə verdi “Stranger Things”də qalmaqal - Onu polisə verdi “Stranger Things”də qalmaqal - Onu polisə verdi