Məşhur müğənni Britni Spirs fəaliyyət istiqamətini dəyişməyi düşündüyünü açıqlayıb. 

OLAY yazır ki, 44 yaşlı müğənni sosial şəbəkələri tərk etməyi və sabun ilə şam istehsalı üzrə öz biznesini qurmağı planlaşdırır.

“Mən özümə qarşı daha qayğıkeş olmağı öyrənirəm. Və düşünürəm ki, gözəl bir biznesə başlayım: sabun və şam hazırlayım, sonra isə sosial şəbəkələrdən uzaqlaşım” deyə, pop ulduzu şəxsi bloqunda yazıb.

Bu işə nə qədər ciddi yanaşdığını göstərmək üçün Spirs vitraj lampa hazırladığı kadrları paylaşıb və yaradıcılıq prosesindən həqiqətən zövq aldığını etiraf edib.