Kseniya Sobçak Fransaya yollanıb.
OLAY yazır ki, o, Paris Moda Həftəsinə üz tutub. Aparıcı onun üçün xüsusi qrafik hazırlandığını bildirib və hər gün geyim, saç düzümü dəyişdiriləcəyini vurğulayıb.
Sobçakın sözlərinə görə, onun geyimlərinə Rusiyanın ən yaxşı stilistləri cavabdehdir. Lakin jurnalistin Parisdəki ilk sosial çıxışı uğursuzluqla nəticələnib.
Demək olar ki, bütün dünya ulduzları nümayişdə sadə, amma zərif obrazlar göstərib. Onlardan fərqli olaraq Sobçak ekstravaqantlığı seçib. Aparıcı “Dior” nümayişi üçün hazırladığı geyimlə müzakirə olunub.
Sosial media istifadəçiləri düşünüblər ki, 44 yaşlı aparıcı modadan uzaq seçimlər edib.