Müğənni Rihanna sosial şəbəkə hesabında özünün alt paltarı brendi “Savage X Fenty”nin yeni bayram kampaniyasını təqdim edib.
OLAY yazır ki, 38 yaşlı müğənni Milad bayramı üçün bəzədilmiş yolkaların fonunda özünü əsas “hədiyyə” obrazında nümayiş etdirib.
Fotosessiya üçün Rihanna qırmızı-çəhrayı çiçək naxışlı, dərin dekolteli, yarı şəffaf qara bodi seçib. O, obrazını volanlı corablar, hündürdaban ayaqqabılar və başındakı iri bantla tamamlayıb.
Fotoların altında “Cəsarətim və dəcəlliyim məni özümün ən böyük hədiyyəmə çevirir!” sözləri yer alıb.