İstanbulda “Cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” ittihamı ilə aparılan istintaq çərçivəsində saxlanılan müğənni Sibel Canın sevgilisi, iş adamı Emir Sarıgül məhkəməyə göndərilib.

OLAY yazır ki, prokurorluqda ifadə vermə prosesi başa çatan Emir Sarıgül barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə Sülh Cəza Hakimliyinə göndərilib.

Hakim qarşısına çıxarılan Emir Sarıgülün barəsində həbs qərarı verilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.

Sibel Canın sevgilisi həbs edildi!