Motosiklet həvəskarı olan məşhur türk aktyorlar Kıvanç Tatlıtuğ və Burak Yamantürk Yeniköy yolunda görüntüləniblər.
OLAY yazır ki, tam qoruyucu peşəkar geyimi və xüsusi hazırlanmış motosikleti ilə diqqət çəkən Kıvanç Tatlıtuğa Çağatay Ulusoyla arasındakı küsülülüyün sona çatdığı barədə iddialar ünvanlanıb.
“Xəbərlərdə yazılan ssenarilər oynadığım layihələrin ssenarilərindən daha yaradıcıdır. Nə deyim ki? Heç cavab vermək də istəmirəm” deyə Tatlıtuğ bildirib. Daha sonra o, Burak Yamantürklə birlikdə oradan uzaqlaşıb.