“Tesla” və “SpaceX” şirkətlərinin 55 yaşlı qurucusu İlon Mask gələcəkdə ənənəvi pulun əhəmiyyətini itirəcəyini, onun yerini isə fiziki kəmiyyətlərin alacağını bildirib.

OLAY yazır ki, Mask verdiyi müsahibədə gələcəkdə pulun əvvəlki rolunu oynamayacağını deyib. Onun fikrincə, valyuta mövcud olsa da, enerji, kilovat və kütlə kimi fiziki göstəricilərlə ölçülə bilər. Trilyon dollardan çox sərvətə sahib olduğu bildirilən Mask hesab edir ki, gələcəkdə adi pul anlayışı əhəmiyyətini itirəcək.

İş adamının fikrincə, robot texnologiyalarının, süni intellektin inkişafı və kosmosun mənimsənilməsi dünya iqtisadiyyatının dəfələrlə böyüməsinə səbəb olacaq. Məhsul və xidmətlərin istehsalı o qədər asan və əlçatan olacaq ki, insanlar indiki kimi pul yığmağa ehtiyac duymayacaqlar.

Mask əmindir ki, gələcəkdə robotlar və süni intellekt bütün işləri öz üzərinə götürəcək, insanlar isə vaxtlarını yaradıcılığa və zövq aldıqları digər fəaliyyətlərə həsr edə biləcəklər.