Türk mediasında uzun zamandır müzakirə olunan və maraqla izlənilən münasibət rəsmiləşir.
OLAY yazır ki, türk musiqisinin güclü ifaçısı Sibel Can və iş adamı Emir Sarıgül evlənmək qərarına gəlib.
Şəxsi həyatlarını kameralardan uzaq tutmağa çalışan cütlük münasibətlərini payızın ilk günlərində keçiriləcək dəbdəbəli toy mərasimi ilə rəsmiləşdirəcək.
Cütlük sentyabrın 17-də Muğlanın məşhur turizm şəhəri Marmarisdə dəbdəbəli mərasimlə nikah masasına əyləşməyə hazırlaşır. Egey sahillərində keçiriləcək tədbir üçün bölgənin seçilən otellərindən birində xüsusi məkan ayrılıb.