Türk müğənni Sibel Can sosial şəbəkələrdə tənqid olunur.

OLAY yazır ki, buna səbəb ifaçının konserti zamanı təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan 20 türk hərbçisinin ruhlarını yad etmək üçün tamaşaçılardan alqış istəməsi olub. Həmin vaxt sənətçinin gülməsi də diqqətdən qaçmayıb. Sənətçi konsertdə həmçinin rəqs də edib.

Sosial media istifadəçiləri bu hərəkətlərinə görə müğənnini sərt şəkildə tənqid edib. Bəzi istifadəçilər isə belə bir gündə Sibel Canın konserti ləğv etməli olduğunu vurğulayıb.